Çində avtobusun su anbarına aşması nəticəsində 21 nəfər həlak olub

Çində avtobusun su anbarına aşması nəticəsində 21 nəfər həlak olub

Çinin cənub-qərbində yerləşən Huyçjou əyalətində ictimai avtobusun su anbarına aşması nəticəsində azı 21 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.

Mediainfo.az Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 11:45-də Anşun şəhərində qeydə alınıb. Məktəbliləri daşıyan avtobus naməlum səbəbdən aşıb, mühafizə maneəsini qıraraq su anbarına düşüb.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Xilasedicilər avtobusu sudan çıxarıb. İnsidentlə bağlı təhqiqat başlayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az