Şabranda qardaş bacısını qətlə yetirib

Şabranda qardaş bacısını qətlə yetirib

Avqustun 31-də gecə saatlarında Şabran rayon sakini, 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şabran rayon Prokurorluğundan Mediainfo.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla hadisəni zərərçəkmişin qardaşı, 1990-cı il təvəllüdlü Elşən Abdulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Zaur

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az