Evin zirzəmisindən “Kalaşnikov” çıxdı

Evin zirzəmisindən “Kalaşnikov” çıxdı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Səbuhi Qəfərov saxlanılıb.

Mediainfo.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı ondan 78 qramdan artıq heroin və 3 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırmalarla onun narkotik vasitəni əvvəlcədən olan sövdələşmə əsasında Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Mirelnur Mürsəlova satmalı olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

M.Mürsəlovun yaşadığı evin zirzəmisinə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid sandıqça və 55 ədəd patron, 2 ədəd F1 əl qumbarası, “Makarov” markalı tapançaya aid 4 ədəd patron aşkarlanaraq götürülüb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az