İndoneziyada terror aktı törədilib, xəsarət alanlar var

İndoneziyada terror aktı törədilib, xəsarət alanlar var

İndoneziyada terror aktı olub.

Mediainfo.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Cənubi Sulavesi əyalətində, Makassar şəhərində, kilsənin qarşısında baş verib. Qeyd edilir ki, hadisə zamanı xəsarət alanlar var.

“Detik” portalının məlumatına görə, əyalətin polis rəhbəri Merdisya jurnalistlərə bildirib ki, hadisəni kamikadze törədib. O, partlayış zamanı bir neçə nəfərin xəsarət aldığını deyib.

"Partlayış xidmət zamanı oldu, dörd zərərçəkmiş xəstəxanaya çatdırılıb", - portal asayiş keşikçilərindən birinə istinadən qeyd edib. Qeyd edilir ki, kamikadze hadisə yerində ölüb.

İlkin məlumata görə, hadisə zamanı ərazidə iki avtomobil saxlanılıb. "Polis hadisənin təfərrüatlarını araşdırır", - Merdisya qeyd edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az