ABŞ-da yenə polis afroamerikalını öldürdü

ABŞ-da yenə polis afroamerikalını öldürdü

ABŞ-ın Minnesota ştatının Bruklin-Senter şəhərində polisin afroamerikalı şəxsi güllələməsindən sonra insanlar kütləvi etirazlara başlayıblar.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə “Star Tribune” məlumat verir. Belə ki, polis 20 yaşlı Dante Raytın avtomobilini yol-hərəkət qaydalarını pozma səbəbi ilə saxlayıb. Onlar həmin şəxsə bildiriblər ki, onun həbs edilməsi üçün order verilib. Amma bunun səbəbi açıqlanmır. Rayt onu saxlamaq istəyən hüquq-mühafizə işçilərinə tabe olmayıb və öz maşınına əyləşib və hərəkətə başlayıb. Polislərdən biri gənci silahla vurub. Onun maşını bir qədər irəliləyib və başqa bir avtomobilə dəyib. Rayta tibbi yardım göstərilsə də o, yerindəcə ölüb.

Avtomobildə bir nəfər qadın da olub. O, qəza nəticəsində travma alaraq xəstəxanaya yerləşdirilib. Qadının həyati təhlükəsinin olmadığı bildirilir. Bu hadisə ilə bağlı təxminən 500 nəfər şəhər polis idarəsinin qarşısına toplaşıb. Polis dağılışma tələbinə qarşı çıxan həmin şəxslərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Daha 200 nəfər isə Raytın öldüyü yerə toplaşıb. Ştatın qubernatoru və şəhər meri hadisəni diqqət mərkəzində saxladığını bildirib.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi böyük etirazlara səbəb olmuşdu.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az