Abşeron sakininin 7700 manatının qonşusu tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işi açıldı-Video

Abşeron sakininin 7700 manatının qonşusu tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işi açıldı-Video

Abşeron rayon sakini Əbülfət Əlizadənin 7700 manat məbləğində pulunun müxtəlif bəhanələrlə qonşusu Səfərov Qabil Abdulla oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı ərizəsi Abşeron rayon prokurorluğu tərəfindən nəzarətə götürülüb.

Mediainfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müraciət əsasında Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin dələduzluq, təkrar törədildikdə və dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə maddələri ilə cinayət işi başlanıb.

Prokurorluğa müraciət edərək məmnun qalan zərərçəkmiş Əbülfət Əlizadə Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun Mətbuat xidməti bununla bağlı videoçarxı ictimaiyyətə təqdim edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az