Prokurorluq Mingəçevirdəki qətllə bağlı məlumat yaydı

Prokurorluq Mingəçevirdəki qətllə bağlı məlumat yaydı

Ötən gün axşam Mingəçevir şəhərində 15 yaşlı məktəblini güllələyən Əlvan Qasımov saxlanılıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, DİN-in Mətbuat xidmətinindən bildirib ki, hadisə axşam saat 20 radələrində şəhərin "Yeni Həyat" yaşayış massivində baş verib. Ağdam rayon sakini Əlvan Qasımov tapançadan atəş açaraq Xocalı rayon sakini Orxan Kərimovu qətlə yetirib.

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qasımov tutulub. Onun üzərindən cinayəti törətdiyi "Makarov" tipli tapança və 6 ədəd patron götürülüb. Əlvan Qasımov istintaqa təhvil verilib. O, müxtəlif maddələrlə 3 dəfə həbsdə olub.

Qeyd edək ki, qətli törədən şəxs yeniyetmənin qonşusudur. Əlvan Qasımov yeniyetməyə beş dəfə atəş açıb. Güllələrdən onun baş nahiyəsinə dəyən də olub. Orxan Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Ə.Qasımovun “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı olduğu haqda yayılan məlumat isə təsdiqini tapmayıb.

Mingəçevir Şəhər prokurorluğundan virtualaz.org-a bildiriblər ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.virtualaz.org

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az