DİN-dən paytaxtda baş verən qətllə bağlı – Açıqlama

DİN-dən paytaxtda baş verən qətllə bağlı – Açıqlama

Daxili İşlər Nazirliyi paytaxtda baş verən qətllə bağlı məlumat yayıb.

Mediainfo.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə noyabrın 27-də saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisindən Bakı şəhər sakini 21 yaşlı Fərid Əliyevin və Şamaxı rayon sakini 25 yaşlı İlşad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri, F.Əliyevin orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı şəhər baş Polisi İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Lətifov və qardaşları - əvvəllər məhkum olunmuş Rahib və Qorxmaz saxlanılaraq istintaqa təhvil veriliblər.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az