Saatlıda FACİƏ: Qardaş qardaşını öldürdü

Saatlıda FACİƏ: Qardaş qardaşını öldürdü

Dekabrın 28-i saat 15 radələrində Saatlı rayonu Qırağlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarət nəticəsində həmin gün saat 17 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı rayon prokurorluğundan Mediainfo.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulrəhman Əliyevin sağ kürək nahiyəsindən bıçaqla xəsarət yetirməsinə, həmçinin həmin vaxt onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzu Əliyevanın sağ bilək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arif Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az