450 dollara “saxta peyvənd” vuran dəstə saxlanıldı - Video

450 dollara “saxta peyvənd” vuran dəstə saxlanıldı - Video

İtaliyada tibb bacıları da daxil olmaqla, koronavirusuna qarşı peyvənd olunmadan insanlara vaksin pasportu verən dəstə yaxalanıb.

Mediainfo.az xəbər verir ki, Ankona şəhərindəki saxta peyvənd mərkəzində qeydə alınan kamera görüntüləri peyvəndin saxta olduğunu üzə çıxarıb.

İstintaq zamanı müəyyən edilib ki, dəstə İtaliyanın hər yerindən gələn insanlara 450 dollar qarşılığında saxta peyvənd vurub və vaksin kartları verib.

Saxta mərkəzdə çalışan tibb bacılarının zibil qutusuna və ya salfetin üzərinə koronavirus peyvəndi vurduqları kameralara əks olunub. Sonra boş şprisi adama yeridirmiş kimi davranırlar.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az