“Razı sala bilmədim, öldürdüm” - Arvadını parkda güllələdi

“Razı sala bilmədim, öldürdüm” - Arvadını parkda güllələdi

Türkiyədə azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyib.

Oxuməni.az xəbər verir ki, həyat yoldaşını qətlə yetirən Elvin Umayev polisə ifadəsində həyat yoldaşını boşanmaq üçün məhkəməyə müraciət etdiyi üçün öldürdüyünü bildirib: "Uşaqları mənə göstərmirdi. Onunla görüşüb danışmaq istəyirdim. Parkda görüşəndə barışmaq istəyimi bildirdim. O isə mənə mənfi cavab verdi. Onu barışmağa razı sala bilmədiyim üçün öldürdüm”, - E.Umayev ifadəsində bildirib.

Qeyd edək ki, 34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə uşaqları ona göstərmədiyi üçün mübahisə edib. Bu zaman Elvin belindən çıxardığı tapança ilə Turanənin başına atəş açıb. Qadın hadisə yerində ölüb.

Arvadını öldürən kişi polisə təslim olub.

Məlumata görə, E.Umayev 10 il əvvəl Azərbaycanda həbsxanaya düşüb, 4 ay öncə isə azadlığa çıxıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az