Bakıda oğlunu və kürəkənini işə düzəldən kişiyə qarşı – Cinayət

Bakıda oğlunu və kürəkənini işə düzəldən kişiyə qarşı – Cinayət

Bakının Səbail rayonunda 1996-cı il təvəllüdlü Sübhan işə düzəltmək adı ilə Polada qarşı dələduzluq edib.

Mediainfo.az-ın Teleqraf.com-a istinadən verdiyi xəbərə görə, Sübhan Poladın oğlu və kürəkənini SOCAR neft şirkətinə işə qəbul etdirəcəyinə vəd verib, ondan 8480 manat pul alıb.

İstintaq orqanı tərəfindən Sübhanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. Cinayət işi Günel Səmədovanın icraatında araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Sübhan özünü ittiham üzrə təqsirli bilib. O bildirib ki, Poladı tanışı vasitəsilə tanıyıb: “2021-ci ilin martında Polad mənə zəng edərək qohumlarını işə düzəltmək üçün kömək istədi. Bir müddət sonra ona zəng etdim, SOCAR-a sürücüsü vəzifəsinə işə qəbul etdirə biləcəyimi, bunun müqabilində 8480 manat pul lazım olduğunu dedim. Həmin pulu Polad hissə-hissə ödəmə terminalı vasitəsilə bank hesabıma göndərdi.

Pulu Bakı şəhəri İcra Hakimiyyətinin yaxınlığında yerləşən bankomatdan çıxarmışam”.

Sübhan qeyd edib ki, Poladdan pul almaqda niyyəti həqiqətən də onu işə düzəltmək olub: “Lakin bəzi səbəblərə görə bu baş tutmadı. Poladdan aldığım pulu öz şəxsi ehtiyaclarıma xərclədim. Əməlimdən səmimi peşmanam. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişəm. Onunla barışmışam və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Poladın sözlərinə görə, şikayət etdiyi təqsirləndirilən şəxsi tanımır, aralarında heç bir münasibət yoxdur: “Sübhanı qohumum Anar vasitəsilə tanımışam. 2021-ci ilin fevralında Anarla Bakı şəhərində görüşdük, söhbət əsnasında o, Sübhan adında bir nəfəri tanıdığını, SOCAR şirkətində kadrlar şöbəsində işlədiyini və pul müqabilində müxtəlif şəxsləri həmin şirkətə işə düzəltdiyini dedi. Sübhanın telefon nömrəsini Anardan aldım. Səhəri gün zəng etdim.

Nömrəsini Anardan aldığımı bildirdim, tanışlıq verdim və oğlumu Şəmkir rayonu ərazisində yerləşən neft-qaz sektorunda işə düzəltmək istədiyimi dedim. Süphan da oğlum Pərvini Şəmkir rayonu, Ceyrançöl qış otlaq ərazisində yerləşən SOCAR şirkətinin neft-qaz kəmərləinə nəzarət blokunda sürücü vəzifəsinə işə düzəldəcəyini, bunun müqabilində 3.000 manat alacağını bildirdi”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, həmin ilin martında ödəmə terminalı vasitəsilə sağlamlıq üçün 160 manat, daha sonra isə oğlunun işə düzəlməsi üçün 3000 manatı Sübhanın adına olan kart hesabına göndərdib:

“Bundan sonra isə 2021-ci ilin mart ayı ərzində əlavə olaraq kürəkənimin də işə düzəlməsi üçün 160 manat və 3000 manat pul göndərdim. Daha sonra isə başqa bir qohumumu da işə düzəlməsi üçün 160 manat və 2.000 manat göndərdim. Lakin bundan sonra təqsirləndirilən şəxs mənə müxtəlif bəhanələr gətirdi, verdiyi vədə əməl etməyərək həmin şəxsləri işə düzəltmədi”.

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin ziyanı ödəməsini nəzərə alıb. Onun barəsində olan cinayət təqibinə xitam verilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az