Masazırda qızı zorla “Porsche”yə mindirmək istəyən KİMDİR? - Polis HƏRƏKƏTƏ KEÇDİ

Masazırda qızı zorla “Porsche”yə mindirmək istəyən KİMDİR? - Polis HƏRƏKƏTƏ KEÇDİ

"Avqustun 9-da saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 99 -??- 777 dövlət qeydiyyat nişanlı “Porsche” markalı avtomobilin sürücüsü tərəfindən xuliqanlıq əməli ilə üzləşmişəm".

Mediainfo.az Ajmedia.info-ya istinadən xəbər verir ki, bu iddia ilə "Qafqazinfo"ya Bakı şəhər sakini, 21 yaşlı Ü.Ç. müraciət edib.

O bildirib ki, həmin şəxs onu maşına mindirib aparmaq məqsədilə çantasını zorla əlindən alıb: “Mən Masazır dairəsindəki avtobus dayanacağında olarkən həmin şəxs yaxınlaşaraq avtomobilə minməyimi təklif etdi. Daha sonra çantamı alaraq avtomobilə qoydu və məni maşına minməyə vadar etməyə çalışaraq zorakılıq etdi. Ona bildirdim ki, nişanlıyam, problem yaratmasın. 40-42 yaşlı həmin şəxs daha sonra çantama vizitka ataraq geri qaytardı”.

Şikayətçi qadın hadisə barədə polisə müraciət etdiyini bildirib.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, baş vermiş hadisə ilə bağlı Ü.Ç. tərəfindən müraciət daxil olub: “Məsələ hazırda Abşeron RPİ-nin əməkdaşları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az