Gəncədə rüsvayçılıq: Pul tələb etdi, zorla şalvarını soyundurdu, lüt gəzdirəcəyi ilə hədələdi

Gəncədə rüsvayçılıq: Pul tələb etdi, zorla şalvarını soyundurdu, lüt gəzdirəcəyi ilə hədələdi

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Nahid Taleh adlı şəxsə (adlar şərti verilib – red.) qarşı soyğunçuluq edib.

Mediainfo.az Demokrat.az-a istinadla xəbər verir ki, Nahid 15 avqust 2019-cu ildə, saat 18 radələrində Gəncə şəhəri N.Nərimanov prospektində kafedə Talehi döyüb və 40 manat məbləğində pulunu alıb.

Bundan başqa, Nahid Talehə zor göstərməklə şalvarını çıxarıb, lüt gəzdirməklə haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.

Bu hədə ilə Talehdən 300 manat məbləğində pul tələb edib. Taleh bu qədər pulu olmadığını bildirib.

Bu zaman Nahid onun 120 manat dəyərində “Huawei” markalı mobil telefonunu girov kimi götürüb və evində saxladığı spirtli içkiləri gətirməsini tələb edib. Taleh onun bu tələbini yerinə yetirib.

Daha sonra Nahid ertəsi gün səhər saatlarında Talehdən 100 manat məbləğində pul verməsini tələb edib. Pulu verməyəcəyi halda döyərək xəsarət yetirəcəyini bildirib.

İstintaq orqanı tərəfindən Nahidin barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə təqsirli bilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahidin ittiham olunduğu Cinayət Məcəlləsinin 180.2.4-cü maddə üzrə əməli sübuta yetirilməyib və məhkəmə onun barəsində həmin maddə üzrə bəraət hökmü çıxarıb.

Bundan başqa, məhkəmə Nahidin əməlini Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsinə tövsif edib. Nahid həmin maddə ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror Nahidin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.

Həmçinin apellyasiya şikayəti verən Nahid isə barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin olunub və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Qərara görə, Nahid Cinayət Məcəlləsinin 180.2.4 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib, onun cəzası 5 il 6 aya qədər artırılıb.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxs kassasiya şikayəti verib. O, kassasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Nahidin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim İlqar Qılıcovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara görə, Nahidin kassasiya şikayəti təmin olunmayıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.09.26

2022.09.25

2022.09.24

2022.09.23

2022.09.22

2022.09.21

2022.09.20

2022.09.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az