“6 MİN MANAT RÜŞVƏT VERDİ Kİ, KOMANDO OLSUN...” – Şəhidin qardaşından dəhşət saçan açıqlama; nazirlik araşdırmağa başladı

“6 MİN MANAT RÜŞVƏT VERDİ Kİ, KOMANDO OLSUN...” – Şəhidin qardaşından dəhşət saçan açıqlama; nazirlik araşdırmağa başladı

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 13-də şəhid olmuş gizir Səbuhi Əhmədovun "Komando" xüsusi briqadasına götürülməsi üçün 6000 manat rüşvət verməsi barədə iddianı araşdırır.

Mediainfo.az xəbər verir ki, bu barədə xəbəri “Haqqin.az” saytının rəhbəri Eynulla Fəzullayev ictimailəşdirib.

“Bir saat öncə Müdafiə Nazirliyi ilə danışdım. Şəhid Səbuhi Əhmədovun qardaşı bildirib ki, "Komando" xüsusi briqadasına götürülməsi üçün onlardan 6 min manat rüşvət alıblar. Artıq Məmmədovun qardaşı Müdafiə Nazirliyinə dəvət edilib, araşdırma aparılır. Məsələnin xüsusi diqqətdə saxlayırıq! Məncə, günün sonuna qədər ciddi nəticə olacaq!

İşin sonuna qədər gedəcəm!”, - deyə baş redaktor vurğulayıb.

Xatırladaq ki, şəhid gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dünən jurnalistlərə və blogerlərə verdiyi açıqlamada onlardan rüşvət alındığını bildirib. O deyib ki, qardaşı Səbuhi Əhmədovun "Komando" xüsusi briqadasına götürülməsi 6000 manat rüşvət istəmişdilər. Səbuhi də bankdan kredit götürüb tələb olunan məbləği ödəyib ki, “Komando” olsun. Gizir 3 gündən sonra şəhid olub.

Qeyd edək ki, Səbuhi və qardaşı Sənan Əhmədov azyaşlı olarkən ata-anaları vəfat edib. Onlar “SOS” uşaq evində böyüyblər.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.09.26

2022.09.25

2022.09.24

2022.09.23

2022.09.22

2022.09.21

2022.09.20

2022.09.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az