13 bağ evindən oğurluq edən şəxslər saxlanıldı

13 bağ evindən oğurluq edən şəxslər saxlanıldı

Sumqayıtda 13 bağ evindən televizor, kombi aparatı, təmir-tikinti alətləri və digər məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində yerləşən bağ evlərindən silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri - Vasif Əzimov, Mehman Mahmudi, Ağdam rayon sakini Şükran Xələfov və Xızı rayon sakini Rza Nəcəfov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı dəstə üzvlərinin Sumqayıt şəhərində 13 bağ evindən televizor, su qızdırıcı, samovar, generator, kombi aparatı, təmir-tikinti alətləri və digər məişət əşyaları oğurladıqları məlum olub.

Məlumatda qeyd olunur ki, dəstə üzvləri Şükran Xələfovun təklifi ilə oğurluq ediblər. Saxlanılan şəxslər oğurladıqları əşyaları Mehman Mahmudinin avtomobili ilə hadisə yerindən aparıblar.

Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu şəxslərin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarəsinə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az