Azərbaycanda daha bir biabırçılıq: Ayağı olmayan qaziyə III qrup əlillik verilib

Azərbaycanda daha bir biabırçılıq: Ayağı olmayan qaziyə III qrup əlillik verilib

Sol ayağının topuqdan yuxarı hissəsi amputasiya olan Vətən müharibəsi qazisi Murad Teyyub oğlu Həsənova III qrup əlillik dərəcəsinin təyin edilməsi ictimai narazılığa səbəb olub. Hətta bir çox nüfuzlu şəxslər belə həmin qaziyə III qrup əlillik dərəcəsi verilməsini kəskin tənqid edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, məsələ bağlı hüquqşünas Səməd Vəkilov axar.az-a açıqlamasında ölkədə əlilliyin təyin edilməsi ilə bağlı qərarların əlillərin durumu ilə adekvatlıq təşkil etmədiyini bildirib.

"Hazırda əlillik dərəcəsinin təyini ilə bağlı qanunvericiliyin tələblərinin sərtləşdirilməsi bu sahədə yaranan subyektiv amilləri aradan qaldırmaq məqsədi ilə olsa da, bu, əksinə, subyektiv amillərə yol açır. Hesab edirəm ki, əlilliyin müəyyən edilməsi ilə bağlı təlimatlar əhalinin əlillik durumu ilə adekvatlıq təşkil etmir", - hüquqşünas bildirib.

S.Vəkilovun fikrincə, qazi Murad Həsənov ona verilən əlillik dərəcəsi ilə razı deyilsə, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə, həm də məhkəməyə şikayət edə bilər:

"Bu məsələ hüquqi qaydada mübahisələndirildiyi təqdirdə məhkəmə tərəfindən tibbi ekspertizaya göndəriləcək".

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev də əlillik dərəcələrinin verilməsi ilə bağlı qanunvericilikdə uyğunsuzluqlar olduğunu və ona təcili düzəlişlər etmək lazım olduğunu bildirib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdirinin müavini İlkin Yusifov isə bildirib ki, sözügedən qaziyə təyin edilən əlillik dərəcəsi Nazirlər Kabinetinin qərarına uyğundur:

"Murad Həsənova Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq III qrup əlillik təyin edilib".

Qurum rəsmisi onu da qeyd edib ki, əlilliyin təyin edilməsi ilə bağlı qərara dəyişiklik gündəmdədir:

"Hazırda buna hazırlıq gedir. Burada qrup deyil, faiz məsələləri olacaq. Yəni əlillik əmək qabiliyyətini və ya özünəqulluq qabiliyyətini itirmə faizi ilə müəyyən olunacaq. Onun nə vaxt qəbul ediləcəyi isə hələlik məlum deyil".

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az