Çempionlar Liqasının 1/4 final mərhələsində komandalar bir dəfə görüşəcəklər

Çempionlar Liqasının 1/4 final mərhələsində komandalar bir dəfə görüşəcəklər

Çempionlar Liqasında 1/4 final mərhələsinin cütlərinin tərkibi müəyyənləşib.

Mediainfo.az-ın məlumatına görə, başa çatan 1/8 final oyunlarından sonra Portuqaliyada təşkil olunacaq final mərhələsində üz-üzə gələcək komandalar dəqiqləşib.

Bir matçdan ibarət olacaq bu qarşılaşmalar avqustun 12-15-də təşkil olunacaq. Görüşlər Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luj" və "Joze Alvelade" stadionlarında baş tutacaq.

Qeyd edək ki, 1/4 finalda 5 ölkə təmsilçisi iştirak edəcək. Bunlar “Böyük beşlik” təmsilçiləridir. İspaniya, Almaniya və Fransa hərəyə 2, İtaliya və İngiltərə hərəyə 1 komanda ilə Portuqaliyada təmsil olunacaq.

Çempionlar Liqası
1/4 final
12 avqust
“Atalanta” (İtaliya) - PSJ (Fransa)
13 avqust
“Leypsiq” (Almaniya) - “Atletiko” (İspaniya)
14 avqust
“Barselona” (İspaniya) -“Bavariya”(Almaniya)
15 avqust
“Mançester Siti” (İngiltərə) - “Lion” (Fransa)

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az