Emil Mirzəyev mükafat fondunu mənimsəyibmi?-Onun səs yazısı ortaya çıxdı...

Emil Mirzəyev mükafat fondunu mənimsəyibmi?-Onun səs yazısı ortaya çıxdı...

Nəzərinizə çatdırırıq ki, 26 oktyabr 2022-ci il tarixində saytımızda yayımlanmış “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirində yaranmış qalmaqalla bağlı məsələyə yenidən qayıdırıq. Belə ki, turnir ərəfəsində İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevin mükafat fondunu mənimsəmək istəməsi haqqında səs yazısını sizə təqdim edirik. Səs yazısından aydın eşidilir ki, Emil Mirzəyev həmin faktla bağlı səfirimiz Zaur Əhmədova səsli mesaj göndərib. Bundan əlavə mükafat fondu ilə bağlı rəsmi "smeta" sənədində məşqçi Rüfət Əhmədovun imzasının saxtalaşdırıldığı aydın şəkildə görünür. Rüfət Əhmədovla əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək üçün əsl imzasının foto-surətini bizə göndərməsini xahiş etdik. Həmin fotonu "smeta" sənədinin surəti ilə birlikdə ictimailləşdirmək məqsədi ilə yayımlayırıq.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, bu qalmaqalla əlaqədar əlimizdə bir çox faktlar var. Hal-hazırda araşdırma aparılır. Əlavə yazılar təqdim edəcəyik.

Qalmaqalla bağlı əvvəlki yazını olduğu kimi təkrar oxucularımızın diqqətinə çatdırırıq:

Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub.

Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin təşkilatçısı isə Azərbaycan yığma komandasının baş məşqçisi vətənpərvər soydaşımız, Azərbaycanımızı sözdə deyil, ürəkdən sevən Rüfət Əhmədov olub.

Oxuməni.az xəbər verir ki, ötən gün yarışın final oyunu baş tutub.

16 ölkənin İsveçdə yaşayan nümayəndələrindən ibarət minifutbol komandalarının iştirak etdiyi turnirin final oyununda Albaniya və Braziliya komandaları mübarizə aparıb. Gərgin keçən matçın sonunda Albaniya komandası 3-1 hesabı ilə qalib gəlib. 3-cü yer uğrunda mübarizədə isə Azərbaycan Uruqvaya 3-0 hesabı ilə qalib gəlib. Azərbaycan yığmasını turnirdə Florian, Omar, Rasim, Rustam, Murad, Nicat, Tural, Tolik, Vüsal, Haci və Kamaldan ibarət komanda təmsil edib. Qeyd etdiyimiz kimi komandamızı oyuna turnirin baş tutmasında böyük əməyi olan məşqçi Rüfət Əhmədov hazırlayıb.

Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin təşkilatçısı və Azərbaycan yığma komandasının baş məşqçisi Rüfət Əhmədov turnirin keçirilməsində göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov cənablarına və onun köməkçisi Nail Qocayevə təşəkkür edib.

PS. Çox təəssüflər olsun ki, Şuşamızın adına keçirilən turnirdə Respublikamızın adına xələl gətirəcək bəzi xoşagəlməz hadisələr baş verib. Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin təşkilatçısı Rüfət Əhmədovun saytımıza verdiyi məlumata görə, Azərbaycanın İsveçdəki diasporunun rəhbərliyi turnir iştirakçılarına və turniri təşkil edənlərə çatacaq pulun qalan hissəsini verməyib... Bununla bağlı araşdırmalarımız davam edir və yaxın saylarımızda məsələ ilə bağlı geniş məlumat verəcəyik...

Mövzu ilə bağlı qarşı tərəfin fikrini işıqlandırmağa hazırıq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

2022.11.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az