"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununun təyinatları açıqlanıb.

Mediainfo.az xəbər verir ki, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Aleksey Kulbakova Dmitri Juk və Aleh Maslianka laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Dmitri Dmitryiev yerinə yetirəcək.

Portuqaliyalı Tyaqu Brunu Lopeş Martinş VAR hakimi, Huqo Filipe Ferreyra C. Moreyra Migel onun köməkçisi olacaq.

Hakim-inspektor yunanıstanlı Georgios Bikas, UEFA nümayəndəsi isə bolqarıstanlı Boriana Stoyçevadır.

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az