Kilian Mbappe “Real”dan imtina edib

Kilian Mbappe “Real”dan imtina edib

"Pari Sen-Jermen”in hücumçusu Kilian Mbappe yay transfer pəncərəsində fransız klubunu tərk etməməyə qərar verib.

Mediainfo.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Məlumata görə, “Real”ın marağına baxmayaraq, fransız klubunun hücumçusu PSJ-də daha bir mövsüm qalmağa qərar verib. Qeyd edilir ki, buna əsas səbəb koronavirusa görə yaranmış maliyyə böhranıdır.

Bu halda, "Real" Mbappenin transferi ideyasından imtina etməyə hazırlaşmır və 2021-ci ildə oyunçu ilə saziş imzalamaq cəhdinə təşəbbüs edəcək.

Mbappe Fransa çempionatının cari mövsümündə 20 matç keçirib, 18 qol vurub və 5 məhsuldar ötürmə verib.

O, 1-ci Liqanın ikinci mövsümündə ardıcıl olaraq ən yaxşı bombardir kimi tanınıb. Mbappenin hesabında həmçinin Çempionlar Liqasının 7 matçında 5 qol var. Hücumçunun PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az