Şəhriyar Məmmədyarov Vilhelm Steynits memorialında dördüncü nəticəni göstərib

Şəhriyar Məmmədyarov Vilhelm Steynits memorialında dördüncü nəticəni göstərib

Mayın 17-də blits üzrə onlayn Vilhelm Steynits memorialı başa çatıb.

Mediainfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov son 6 turda rusiyalı Piter Svidler, ABŞ şahmatçısı Cefri Ksionq, ispaniyalı David Quiyarro ilə heç-heçə edib. Vyetnamlı Le Quanq Liemə qalib gələn şahmatçımız ukraynalı Anton Korobov və Rusiyanın daha bir təmsilçisi Aleksandr Qrişuka məğlub olub.

Yekun nəticələrə görə şahmatçımız 9,5 xalla 4-cü yeri tutub. Turnirin qalibi 12 xalla norveçli dünya çempionu Maqnus Karlsen olub. Ümumi mükafat fondu 30 min avro olan turnir FIDE-nin və “chess24.com”un təşkilatçılığı ilə keçirilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az