"Qalatasaray" "Neftçi" ilə oyun öncəsi ciddi problemlərlə üzləşib

"Qalatasaray" "Neftçi" ilə oyun öncəsi ciddi problemlərlə üzləşib

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Qalatasaray"ının hazırkı durumu narahatlığa səbəb olub.

Komandanın sürətli oyun sərgiləməməsi, müdafiə və yarımmüdafiə xəttindəki problemlər məşqçilər korpusunu düşündürür.

Komandanın müdafiəçisi Kristian Luyindama tam hazır deyil. Konqolu futbolçunun "Hatayspor"la yoxlama matçındakı (1:1) çıxışı baş məşqçi Fatih Terimi razı salmayıb. Digər mərkəz müdafiəçisi Markao da etimadı doğrultmadığından arxa xətdə ciddi çatışmazlıq nəzərə çarpır. Müdafiənin cinahlarında da vəziyyət eynidir.

Orta xətdə Arda Turan və Taylan Antalyalının fəallığı və istəyi müsbət hal kimi dəyərləndirilsə də, bunun çempionat üçün kifayət edib-etməyəcəyi bilinmir.

Məşqçilər heyətini narahat edən digər məsələ isə yarımmüdafiəçilər Sofyan Fequli və Yunes Belhanda ilə hücumçu Radamel Falkaonun hazır olmamasıdır.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az