Türkiyə Superliqasında 2020/2021 mövsümünə start verilib

Türkiyə Superliqasında 2020/2021 mövsümünə start verilib

Türkiyə Superliqasında 2020/2021 mövsümünə start verilib.

Mediainfo.az-ın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutub. Səfərdə "Rizespor"un qonağı olan "Fənərbağça" rəqibini 2:1 hesabı ilə məğlub edib.

Matçda ilk qolu meydan sahibləri vurublar. 59-cu dəqiqədə Milan Şkoda fərqlənib. İstanbul təmsilçisi bu qola 76-cı dəqiqədə Gökhan Gönüllə cavab verib. 87-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən yeni transfer Xose Ernesto Sosa "Fənərbağça"ya əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, bu gün Super Liqada daha 4 oyun keçiriləcək. "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" doğma meydanda "Qaziantepspor"la üz-üzə gələcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az