“Liverpul” -"Lids Yunayted" oyununda qapılara 7 top vurulub

“Liverpul” -"Lids Yunayted" oyununda qapılara 7 top vurulub

Sentyabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünün I turunun növbəti oyunu keçirilib.

Mediainfo.az xəbər verir ki, turun ilk oyun gününün növbəti oyununda son çempion “Liverpul” öz meydanında debütant "Lids Yunayted" komandasını qəbul edib.

Məhsuldarlığı ilə seçilən görüş meydan sahiblərinin 4:3 hesabı ilə qələbəsi ilə başa çatıb.

"Liverpul"un heyətində Məhəmməd Salah (4, 33, 88), Viljil van Deyk (20), "Lids Yunayted"in isə Jak Harrison (12), Patrik Bamford (30) və Mateusz Kliç (66) fərqləniblər.

Günün digər görüşündə "Kristal Palas" öz meydanında "Southemton" komandasını (1:0), "Arsenal" isə səfərdə "Fulhem" klubunu məğlub edib - 3:0.

Turun ilk oyun gününün son görüşü "Vest Ham Yunayted" və "Nyukasl Yunayted" komandaları arasında olacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az