Yay Olimpiya Oyunlarının keçirilməsi şübhə altına düşüb

Yay Olimpiya Oyunlarının keçirilməsi şübhə altına düşüb

Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunları 2021-ci ilin yayında keçirilməyəcəyi təqdirdə, ləğv ediləcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax BBC-yə açıqlamasında deyib. Funksioner bildirib ki, yarışın vaxtını dəyişmək və Oyunların Təşkilat Komitəsində bir neçə min insanı işə götürmək mümkün deyil.

Bax hər il dünyada beynəlxalq federasiyaların iş qrafikini dəyişməyin mümkünsüz olduğunu söyləyib: "Fərqli ssenarilərə hazır olmalıyıq. Tokio-2020 gələn ilin iyulunda olacaq, lakin təhlükəsiz mühitin təşkili üçün əlavə tədbirlər tələb oluna bilər. İdmançılar və olimpiadanın digər iştirakçıları üçün karantin tələb oluna bilər".

Qeyd edək ki, Tokio olimpiadası koronavirusla əlaqədar 2021-ci il 23 iyul - 8 avqusta keçirilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az