Ronaldonun yerə çırpdığı kapitan sarğısı 63,7 min dollara satılıb

Ronaldonun yerə çırpdığı kapitan sarğısı 63,7 min dollara satılıb

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun yerə çırpdığı kapitan sarğısı satılıb.

Mediainfo.az yerli mətbuata istinadən xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə görüşünün (2:2) sonlarında yerə atılan kapitanlıq rəmzi xeyriyyə auksionunda yeni sahibini tapıb.

Sarğı üçün 7,5 milyon Serbiya dollarına (təxminən 63,7 min ABŞ dolları) ödənilib. Satışdan əldə olunan vəsait 6 aylıq serbiyalı körpənin müalicəsinə sərf olunacaq. Uşağın müalicə xərci isə ümumilikdə 2,5 milyon avro təşkil edir.

Qeyd edək ki, Ronaldo qarşılaşmanın sonlarında vurduğu qol hesaba alınmadığı üçün sarğını yerə atıb və meydanı tərk edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az