Olimpiya çempionu intihar etdi

Olimpiya çempionu intihar etdi

ABŞ-ın Leyk-Plesid şəhərciyində keçirilmiş 1980-ci il Qış Olimpiya Oyunlarının qalibi Mark Paveliç 63 yaşında vəfaat edib.

Mediainfo.az xəbər verir ki, ABŞ-ın buzüstü xokkey millisinin keçmiş üzvü intihar edib. Yerli polis apardığı araşdırma nəticəsində belə qənaətə gəlib. Paveliçin özünü boğaraq öldürdüyü müəyyən olunub.

Qeyd edək ki, Mark Paveliç 1980-ci il olimpiadasında ABŞ yığmasının heyətində 7 oyuna 7 xal (1 qol + 6 ötürmə) toplayıb. O, final mərhələsində SSRİ ilə görüşdə 2 məhsuldar ötürmə verərək, 4:3 hesablı qələbədə pay sahibi olub.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az