Premyer Liqada çempionat oyunları iyunun 17-dən bərpa olunacaq

Premyer Liqada çempionat oyunları iyunun 17-dən bərpa olunacaq

İngiltərə Premyer Liqasında mövsümün bərpa tarixi açıqlanıb.

Premyer Liqa rəhbərliyi koronavirus pandemiyası səbəbindən martda dayandırılan çempionat oyunlarının iyunun 17-dən bərpa olunacağını rəsmən bəyan edib.

Qərara əsasən həmin gün əvvəlki turlardan təxirə salınmış “Mançester Siti” – “Arsenal” və “Aston Villa” – “Şeffild Yunayted” qarşılaşmaları oynanılacaq. İyunun 19-da isə növbəti turun startı veriləcək.

Premyer Liqanın direktoru Riçard Masters hazırkı duruma əsasən belə qərar verilsə də, bunun dəyişmə ehtimalını istisna etməyib: “Oyunların iyunun 17-də bərpası yönündə razılıq əldə etdik. Ancaq bütün lazımi təhlükəsizlik tədbirləri yerinə yetirilməsə, bərpa müddəti uzadılacaq. Çünki bizim üçün iştirakçıların sağlamlığı çox önəmlidir”.

Qeyd edək ki, Premyer Liqa klubları ötən həftədən fərdi məşqlərə başlayıb. XXX turdan etibarən qarşılaşmalar boş tribunalar önündə keçiriləcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az