Tokio-2020: Cavid Çələbiyev mübarizəni dayandırıb

Tokio-2020: Cavid Çələbiyev mübarizəni dayandırıb

Azərbaycan boksçusu Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

Mediainfo.az-ınməlumatına görə, 63 kq çəki dərəcəsində yer alan 2013-cü ilin dünya çempionuu 1/8 finalda Ermənistan təmsilçisi, Avropa çempionu və Minsk-2019 II Avropa Oyunlarının qalibi Ovanes Baçkovla üz-üzə gəlib. İlk raunda fəal təsir bağışlayan Çələbyev rəqibinə ardıcıl zərbələr endirib. Bunun nəticəsində 29 yaşlı idmançı fasiləyə 4:1 hesablı üstünlüklə çıxıb.

İkinci raundda Baçkov vəziyyəti bərabərləşdirməyə çalışıb. Bunun nəticəsində 5 hakimin hamısı onun üstünlüyünü qeydə alıb.

Üçüncü raundda Çələbiyev yorğun təsir bağışlayıb. Zərbələrin intensivliyinin azaldığı hissənin qalibi Ermənistan təmsilçisi olub - 4:1. .

Beləliklə, Azərbaycan boksçusu 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, Cavid Çələbiyev Azərbaycanın Tokio-2020-də mübarizəni dayandıran dördüncü boksçusu olub. Daha əvvəl Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) də Oyunlarla vidalaşıb. Yalnız Alfonso Dominges (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin ed

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az