İtaliya A Seriyasının formatı dəyişə bilər

İtaliya A Seriyasının formatı dəyişə bilər

İtaliya A Seriyası 2020/2021 mövsümündə yeni formada keçirilə bilər.

Mediainfo.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, yeni mövsüm sentyabrın 12-dən tez başlamasa, dəyişiklik baş verəcək.

Liqa rəhbərliyi çempionatı 10 klubdan ibarət iki hissəyə bölmək ehtimalını nəzərdən keçirir. Bundan sonra ən yaxşı komandalar pley-off mərhələsində qarşılaşacaqlar.

Daha öncə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina yeni mövsümə sentyabrın 12-də başlaya bilməyəcəkləri təqdirdə dəyişiklik edəcəklərini söyləyib.

Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az