"Aberdin"in kapitanı: "Qarabağ" hər iki matçda fantastik oynadı"

"Aberdin"in kapitanı: "Qarabağ" hər iki matçda fantastik oynadı"

"İstədiyimiz kimi yaxşı oynaya bilmədik. Rəqib isə hər iki matçda fantastik çıxış etdi. Qrupa ən yaxşı komanda vəsiqə qazandı".

Mediainfo.az-ın məlumatına görə, bunu Şotlandiya "Aberdin"inin kapitanı Skott Braun yerli mətbuata açıqlamasında evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

36 yaşlı müdafiəçi bildirib ki, buraxılan ilk qoldan sonra komandası ruhdan düşüb: "Yaxşı oynamağa və rəqib qapısı qarşısında qol epizodları yaratmağa çalışsaq da, bizdə heç nə alınmadı. Qonaqlar ilk qolu vurduqdan sonra həm azarkeşlərimizin dəstəyi, həm də oyunumuzdakı sürət azaldı. Məğlubiyyəti qəbul etmək ağırdır. Amma "Qarabağ"ın səviyyəsinə çatmaq üçün çox çalışmalıyıq. İki komanda arasındakı böyük fərqi hamı gördü. "Qarabağ" əla təşkilatlanmış klubdur. Heyətində yaxşı oyunçular var".

Qeyd edək ki, "Aberdin" Bakıdakı ilk matçda da "Qarabağ"a uduzmuşdu - 0:1.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az