DÇ-2022: Türkiyə Cəbəllütariqin, Azərbaycan İrlandiyanın qonağı olacaq

DÇ-2022: Türkiyə Cəbəllütariqin, Azərbaycan İrlandiyanın qonağı olacaq

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V tura start veriləcək.

Mediainfo.az-ın məlumatına görə, ilk oyun günündə 5 qrupda 13 qarşılaşma baş tutacaq.

A qrupunda yer alan Azərbaycan millisi İrlandiyanın qonağı olacaq. Qrupun digər matçında Serbiya və Lüksemburq komandaları üz-üzə gələcək.

Son dünya çempionu Fransa Ukrayna ilə qarşılaşacaq. D qrupunda həmçinin Finlandiya - Qazaxıstan görüşü də baş tutacaq.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi Cəbəllütariqin müqavimətini qırmağa çalışacaq. Bu qrupda Latviya Norveçi, Niderland isə Monteneqronu qəbul edəcək.

DÇ-2022, seçmə mərhələ
V tur
4 sentyabr

A qrupu

20:00. İrlandiya - Azərbaycan

20:00. Serbiya - Lüksemburq

Xal durumu: Portuqaliya - 10 (4 oyuna), Serbiya - 7 (3), Lüksemburq - 6 (3), Azərbaycan - 0 (3), İrlandiya - 0 (3)

D qrupu

17:00. Finlandiya - Qazaxıstan

22:45. Ukrayna - Fransa

Xal durumu: Fransa - 8 (4 oyuna), Ukrayna - 4 (4), Finlandiya - 2 (2), Bosniya və Herseqovina - 2 (3), Qazaxıstan - 2 (3)

F qrupu

22:45. Farer adaları - Danimarka

22:45. İsrail - Avstriya

22:45. Şotlandiya - Moldova

Xal durumu: Danimarka - 12, İsrail - 7, Avstriya - 7, Şotlandiya - 5, Farer adaları - 1, Moldova - 1

G qrupu

20:00. Latviya - Norveç

22:45. Niderland - Monteneqro

22:45. Cəbəllütariq - Türkiyə

Xal durumu: Türkiyə - 8, Niderland - 7, Monteneqro - 7, Norveç - 7, Latviya - 4, Cəbəllütariq - 0

H qrupu

20:00. Kipr - Rusiya

20:00. Sloveniya - Malta

22:45. Slovakiya - Xorvatiya

Xal durumu: Xorvatiya - 7, Rusiya - 7, Slovakiya - 6, Kipr - 4, Sloveniya - 4, Malta - 4

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az