Benzema Messini 1 faiz səslə qabaqladı

Benzema Messini 1 faiz səslə qabaqladı

İspaniyanın "Marca" nəşri "Qızıl Top"a namizədlər üçün azarkeşlər arasında səsvermə keçirib.

Oxuməni.az xəbər verir ki, səsvermə nəticəsində qalib "Real"ın futbolçusu Kərim Benzema olub (38 faiz səs).

İkinci pillədə PSJ-dən Lionel Messi qərarlaşıb. O, Benzemadan cəmi 1 faiz səslə geri qalıb.

"Bavariya"dan Robert Levandovski 3-cü (14 faiz), "Mançester Yunayted"dən Kriştiano Ronaldo 4-cü (4 faiz), "Çelsi"dən Jorjinyo isə 5-ci olub (3 faiz).

"Qızıl top"a namizəd göstərilmiş 30 futbolçu arasında Nikolo Barella ("İnter"), Leonardo Bonuççi ("Yuventus"), Kevin de Brüyne("Mançester Siti") Kevini, Corco Kyellini ("Yuventus"), Ruben Diaş ("Mançester Siti"), Canluici Donnarumma (PSJ), Brunu Fernandeş ("Mançester Yunayted"), Fil Foden ("Mançester Siti"), Erlinq Haaland ("Borussiya" Dortmund), Harri Keyn ("Tottenhem), Nqolo Kante ("Çelsi"), Simona Kyer ("Milan"), Sesar Aspilikueta ("Çelsi"), Romelu Lukaku ("Çelsi"), Riyad Mahrez ("Mançester Siti"), Lautaro Martines ("İnter"), Kilian Mbappe (PSJ), Luka Modriç ("Real"), Jerar Moreno ("Vilyarreal"), Meyson Maunt ("Çelsi"), Neymar (PSJ), Pedri ("Barselona"), Məhəmməd Salah ("Liverpul"), Rahim Sterlinq ("Mançester Siti"), Luis Suares ("Atletiko") də var.

Qeyd edək ki, mükafatın təqdimetmə mərasimi noyabrın 29-da Parisdə olacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az