“Legiya“ Mahirin ötürməsi ilə qalib oldu

“Legiya“ Mahirin ötürməsi ilə qalib oldu

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti oyununu keçirib.

Oxuməni.az xəbər verir ki, Varşava təmsilçisi 16-cı turda "Yaqelloniya" ilə üz-üzə gəlib. Görüş "Legiya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir sonadək mübarizə aparıb. Komandasının yeganə qolunun ötürməsini də Emreli verib.

Beləliklə, ardıcıl 7 oyundur uduzan "Legiya" nəhayət uğursuz seriyaya son qoyub.

Bu nəticədən sonra paytaxt təmsilçisi turnir cədvəlində 12 xalla 16-cı pillədə qərarlaşıb. "Legiya" digər komandalardan 2 oyun az keçirib.

28 noyabr

20:30. "Legiya" - "Yaqelloniya" - 1:0

Qol: Yohansson, 45

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az