Avropa Liqasının oyunları Almaniyada keçirilə bilər

Avropa Liqasının oyunları Almaniyada keçirilə bilər

Futbol üzrə Avropa Liqasının oyunları 1/4 final mərhələsindən etibarən Almaniyada keçirilə bilər.

Mediainfo.az ESPN kanalına istinadən xəbər verir ki, yarış Frankfurtda mini-turnir şəklində olacaq. Şəhərdə lazımı infrastruktur var və 8 komandanın burada yerləşməsi mümkündür.

Avropa Liqası 1/8 final mərhələsində dayandırılıb. Demək olar ki, bütün komandalar ilk oyunlarını keçiriblər. Yalnız İtaliya "İnter"i ilə İspaniya "Xetafe"si üz-üzə gəlməyib.

Qeyd edək ki, Çempionlar Liqası oyunlarının Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. UEFA avrokuboklarla bağlı qərarı iyunun 17-də İcraiyyə Komitəsinin iclasında açıqlayacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az