Formula 1-ə hazırlıq çərçivəsində tikinti işlərinə start verildi

Formula 1-ə hazırlıq çərçivəsində tikinti işlərinə start verildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkəmizdə keçiriləcək 2022 Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə start verib.

Mediainfo.az xəbər verir ki, yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsziliyini təmin etmək məqsədi ilə istifadə olunan beton bloklarların quraşdırılması gecə saatlarında həyata keçirilir. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.

Ötən ildən fərqli olaraq builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.

Qeyd edək ki, bu gündən etibarən Paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir.

Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

Çox oxunan xəbərlər
Elan
Son xəbərlər

2022.05.27

2022.05.26

2022.05.25

2022.05.24

2022.05.23

2022.05.22

2022.05.21

2022.05.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az