Kərim Benzema Çempionlar Liqasında ingilislərin qəniminə çevrilib

Kərim Benzema Çempionlar Liqasında ingilislərin qəniminə çevrilib

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

Mediainfo.az xəbər verir ki, 35 yaşlı hücumçu buna İngiltərədə "Mançester Siti"yə 3:4 hesabı ilə uduzduqları yarımfinal mərhələsinin ilk oyununda dubl etməklə nail olub.

Fransalı forvard bir mövsüm səfərdəki pley-off matçlarında eyni ölkənin klublarına 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb. Benzema daha əvvəl İngiltərənin digər təmsilçisi "Çelsi"yə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda "het-trik" etmişdi.

Qeyd edək ki, Kərim Benzema cari mövsüm Madrid təmsilçisinin heyətində 41 oyuna 41 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Real Madrid" və "Mançester Siti" komandaları arasındakı cavab görüşü mayın 4-də olacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az