Çempionlar Liqası: "Liverpul" "Vilyarreal"a qalib gəlib

Çempionlar Liqası: "Liverpul" "Vilyarreal"a qalib gəlib

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Mediainfo.az-ın məlumatına görə, bu raundun ikinci matçında İngiltərə "Liverpul"u İspaniyanın "Vilyarreal" klubunu qəbul edib. "Enfild" stadionundakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər 2 qol ikinci hissədə vurulub. Hesab 53-cü dəqiqədə açılıb. Qonaqların qapıçısı Xeronimo Rulyi avtoqol müəllifi olub. Cəmi 2 dəqiqə sonra isə Sadio Mane fərqlənib.

Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

28 aprel

23:00. "Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:0

Qollar: Xeronimo Rulyi, 53 (avtoqol), Sadio Mane, 55

Baş hakim: Şimon Marçinyak (Polşa)

Liverpul, "Enfild" stadionu

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"yə uduzub - 3:4.

Biz

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az