Bu gün UEFA avrokuboklar və AVRO-2020 ilə bağlı qərar verəcək

Bu gün UEFA avrokuboklar və AVRO-2020 ilə bağlı qərar verəcək

Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası işə başlayacaq.

Mediainfo.az xəbər verir ki, toplantı iki mərhələdən ibarət olacaq. Əvvəlcə 2019/2020 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələləri, eyni turnirlərin 2020/2021 mövsümü üçün təsnifat, pley-off və qrup mərhələləri ilə bağlı məsələyə baxılacaq.

Hazırkı mövsüm Çempionlar Liqasında 1/4 final final oyunları, qadınlar arasında 2020/2021 Çempionlar Liqası mövsümünün və 2019/2020 UEFA Gənclər Liqasının qalan oyunlarının təqvimi də müzakirə ediləcək.

Bundan başqa, yığma komanda yarışlarından AVRO-2020-nin keçirilmə yeri və oyunlarının təqvimi, AVRO-2020-nin pley-off mərhələsi, UEFA Millətlər Liqasının 2020/2021 mövsümünün təqviminin yenidən qurulması, 21 yaşadək futbolçular arasında Avropa çempionatının təqvim və formatı, 2019/2020 mövsümündə 17 yaşadək qızlar arasında və 19 yaşadək oğlanlar arasında Avropa çempionatının təqvim və formatı, futzal yarışlarına dair yenilənmiş informasiya məsələləri gündəlikdə yer alıb.

İkinci iclas gününün əsas müzakirələri isə 2022-ci il dünya çempionatının seçmə mərhələsinin püşkatma proseduru, klub lisenziyalaşması və Maliyyə Feyr-Pleyi qaydaları, UEFA-nın rəhbər tələbləri ətrafında aparılacaq.

İlk günün yekununda UEFA prezidenti Aleksander Çeferin Bakı vaxtı ilə saat 17:30-da mətbuat konfransı keçirəcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.03

2020.07.02

2020.07.01

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az