ÜST: 2021-ci ilin sonunadək beynəlxalq turnirlər ləğv olunsun

ÜST: 2021-ci ilin sonunadək beynəlxalq turnirlər ləğv olunsun

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UEFA arasında onlayn-konfrans keçirilib.

Mediainfo.az xarici mətbuata istinadən xəbər verir ki, iki saat yarıma yaxın çəkən danışıqlar mübahisə və yüksək danışıqlarla diqqət çəkib.

ÜST koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilin sonunadək beynəlxalq turnirlərin ləğv edilməsini tövsiyə edib. Qurumun iki epidemioloqunun təqdimatından sonra belə addımın vacibliyi qeyd olunub. Mütəxəssislər müxtəlif ssenarilər barədə danışaraq 2021-ci ilin sonunadək ləğvetmələri zəruri sayıb.

Bu tövsiyələrə əməl etmək məcburiyyətində olmayan UEFA ÜST-ün əsasları ilə razılaşmayıb. Çünki tövsiyələrə əməl etmək 2021-ci ilin yayında 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək AVRO-2020-nin də ləğvi anlamına gələr.

Nəticədə tərəflər ortaq məxrəcə gəlməyib. UEFA məsələ ilə bağlı əlavə onlayn-məsləhətləşmələr keçirilməsini gözləyir.

Qeyd edək ki, dünən milli assosiasiyalarla da analoji konfrans keçirən UEFA milli çempionatların başa çatdırılması, ardınca avrokubokların da oynanılmasının tərəfdarı olduğunu nümayiş etdirib. Qurum milli komandaların payızdakı oyunlarının da keçirilməsinin mümkünlüyünü bəyan edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az