Lionel Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib

Lionel Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib

İspaniyanın "Barselona" futbol klubunun kapitanı Lionel Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib.

Mediainfo.az xəbər verir ki, qiymətləndirməni Besoccer portalı ProFootballDB ilə birlikdə aparıb. Siyahı tərtib edilərkən futbolçuların oyuna təsiri, qol və qol ötürmələri, rəqiblərin və turnirlərin səviyyəsini nəzərə alan ELO sistemindən istifadə olunub.

Birinci yerdə maksimum 100 xalla "Barselona" komandasının hücumçusu Lionel Messi qərarlaşıb. İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo da maksimum xal toplayıb, lakin statistikada argentinalı hücumçudan geridə qalıb. İlk üçlüyü "Arsenal" və "Barselona"nın sabiq oyunçusu Tyerri Anri tamamlayıb. Dördüncü və beşinci pillələrdə isə müvafiq olaraq Luis Suares və Zlatan İbrahimoviç qərarlaşıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az