Formula 1 üzrə Avstriya Qran-Prisinin qalibi məlum olub

Formula 1 üzrə Avstriya Qran-Prisinin qalibi məlum olub

İyulun 5-də Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən "Red Bull Ring” trasında Formula 1 üzrə dünya çempionatının yeni mövsümünə start götürüb.

Mediainfo.az xəbər verir ki, gərgin keçən mübarizədə ”Mercedes”in pilotu Valtteri Bottas qalib gəlib. Finlandiyalı pilot bir neçə qəza və komanda yoldaşı Levis Hemiltonun vaxt cərimələrində yararlanaraq, karyerasındakı səkkizinci qələbəyə imza atıb. "Mercedes"in digər pilotu Levis Hemilton günün sonunda dördüncü yerlə kifayətlənməli olub.

Ötən il "Red Bull Ring"dən qələbə ilə ayrılan hollandiyalı pilot texniki nasazlıq səbəbindən yarışı sona qədər davam etdirə bilməyib. Qəza və texniki nasazlıqların çoxluğu nəticəsində yarışa qatılan 20 pilotdan cəmi on biri finiş xəttinə çata bilib.

Qeyd edək ki, iyulun 12-də Formula 1 üzrə dünya çempionatının növbəti dövrəsi də eyni məkanda – Şpilberqdəki "Red Bull Ring" trasında təşkil ediləcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.08.12

Livanda gərginlik artır Livanda gərginlik artır 12 Avqust 11:31

2020.08.11

Türkiyədən Makrona cavab Türkiyədən Makrona cavab 11 Avqust 17:00

2020.08.10

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az