Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər.

Bu barədə Mediainfo.az Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir. Azərbaycanı "Flame" (Alov) komandası təmsil edəcək. Cari ilin iyulunda keçirilməli olan EUROGYM gimnastika festivalı 4-8 iyul tarixlərinə təxirə salınıb.

Məlumatda bildirilir ki, EUROGYM Gala-da Azərbaycan nümayəndələri ilə birlikdə Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan, İslandiya, İtaliya, Norveç, Portuqaliya, İsveçrə, Slovakiya və İsveçdən olan gimnastlar da iştirak edəcəklər.

Festival üçün yaş həddi 18-in əvəzinə 19-a qaldırılacaq və bütün qeydə alınan gimnastların iştirak etmələrinə imkan yaradılacaq.

Həmçinin bildirilir ki, festivalda iştirak üçün rekord sayda - 37 ölkə müraciət edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az