“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayırmağa hazırlaşır

“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayırmağa hazırlaşır

"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yollarını ayıra bilər.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis ölkə kubokunun 1/8 finalında "Yeni Malatyaspor"a qalib gəldikləri matçdan sonra verdiyi açıqlamada bu mövsümün sonunda başa çatacaq müqaviləsinin yenilənməyəcəyinə işarə edib:

"Bu gün dərin bir yalnızlıq hiss etdim. Mən hər hansı insanlara, hansısa qruplara yox, azarkeşlərə söz vermişəm. Onsuz da may ayında müqaviləmin müddəti bitir".

İstanbul təmsilçsinin rəhbərliyi ilə Terim arasındakı münasibət bir müddətdir ki, gərgindir. Klubun prezidenti Mustafa Cengizin isə bu gün Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək mətbuat konfransında bu məsələyə aydınlıq gətirəcəyi gözlənilir.

Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə "aslanlar"a baş məşqçilik edib. Onun son təyinatı 2017-ci ildə olub.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az