Nicat Rəhimov: "Məni dəlil olmadan ittiham edirlər"

Nicat Rəhimov: "Məni dəlil olmadan ittiham edirlər"

"Mənə qarşı irəli sürülən ittihamlarla bağlı icraatın hər mərhələsi barədə ətraflı məlumat verəcəyəm".

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov şəxsi instaqram hesabında yazıb.

28 yaşlı idmançı 2016-cı ildə dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə günahlandırılır. Rəhimov günahsız olduğunu sübut etmək üçün Qazaxıstan Ağırlıqqaldırma Federasiyasına müraciət ünvanlandığını yazıb: "Məni dəstəklədiyi üçün prezident Janat Rəşidoviç Tusupbekova təşəkkür edirəm. Bu anda məni tək qoymadılar. Bunun özü çox qiymətlidir".

Təcrübəli ağırlıqqaldıranın sözlərinə görə, federasiya onun üçün peşəkat vəkillər tutub: "Hazırda işə başlamışıq və məlum olub ki, ittiham edən tərəf bütün lazımi sənədləri təqdim etməyib. Bu, qəribədir, çünki məni dəlil olmadan ittiham edirlər. Buna görə vəkil sənədi tələb etdi və son tarixin təxirə salınmasını istədi. Bir daha demək istəyirəm ki, ittihamla razı deyiləm. Çünki heç qayda pozuntusu etməmişəm. Bu məsələdə sonadək getmək niyyətindəyəm. 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında məni bir neçə dəfə yoxladılar. Olimpiadaya yollanmamışdan öncə Qazaxıstan Milli Olimpiya Komitəsinin nəzarəti altında testdən keçdik və Ümumdünya Antidopinq Agentliyinin Almaniyadakı laboratoriyasına göndərdik. Bütün testlər təmiz idi, yəni qələbəmiz də təmiz idi".

Rəhimov onu da qeyd edib ki, bu aralar dostlarından çoxlu dəstək mesajları alır: "Çox təşəkkür edirəm. Siz belə çətin anda mənə böyük kömək edirsiniz. Ən yaxşısına ümid edəcəyik. Hamıya minnətdaram".

Qeyd edək ki, Nicat Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub. Ağırlıqqaldıran Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.04.11

2021.04.10

2021.04.09

2021.04.08

2021.04.07

2021.04.06

2021.04.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az