Yevlaxda toyu olacaq qız gözəllik salonuna gedərkən qəzaya düşüb öldü
7 Noyabr 2022 10:34
Livanda yenidən etirazlar başlayıb.
Mediainfo.az xəbər verir ki, etirazlara səbəb milli valyutanın kəskin devalvasiyası olub.
Belə ki, ölkədə 1 dollar 10 min Livan funtuna çatıb. Bu isə öz növbəsində benzin və ərzaq məhsullarının qiymətinin artmasına səbəb olub. Ölkədə etirazlar eyni anda Beyrut, Tripoli, Sayd və digər şəhərlərdə start götürüb. Etirazçılar hakimiyyətdən qiymət artımının qarşısının alınmasını tələb ediblər.
Etirazlara hakimiyyətdən də reaksiya verilib. Belə ki, Livan Prezidenti Mişel Aun etirazların ədalətli və qanuni olduğunu dilə gətirib. O, Mərkəzi Bankdan dərhal devalvasiyanın səbəbinin xalqa açıqlamasını tələb edib.
Mediainfo.az