Bakıda 7 ev əşyaları ilə birlikdə yanaraq kül oldu - Video

Bakıda 7 ev əşyaları ilə birlikdə yanaraq kül oldu - Video

Bakının Binəqədi rayonunda bir-birinə bitişik 7 ev yanıb.

Mediainfo.az xəbər verir ki, hadisə Şövkət Məmmədov küçəsi 19 ünvanında yerləşən Humanitar Kollecin yataqxanasının həyətindəki yeddi evdə yanğın baş verib. Evlər taxta konstruksiyalardan ibarət olduğu üçün yanğının miqyası qısa zaman ərzində genişlənib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı xəsarət alan olmasa da, sakinlərə məxsus əşyaları alovdan çıxarmaq mümkün olmayıb. Nəticədə 7 ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Mediainfo.az videogörüntüləri təqdim edir:

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az