Sosial şəbəkədəki mübahisə cinayətə səbəb oldu

Sosial şəbəkədəki mübahisə cinayətə səbəb oldu

20 dekabr 2020-ci il tarixdə Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə İsmayıllı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

İsmayıllı rayon prokurorluğundan Mediainfo.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Məsimli Səxavət Sübhan oğlunun sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar 20 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində rayon ərazisində yerləşən parkda Fərid Musayevlə görüşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Səxavət Məsimli Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az