ABŞ: Rusiyanın sanksiyaları eskalasiyadır

ABŞ: Rusiyanın sanksiyaları eskalasiyadır

Rusiyanın ABŞ sanksiyalarına qarşı cavab tədbirlərinə görə təəssüf edirik və bunu eskalasiya hesab edirik.

Mediainfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi TASS-a açıqlamasında deyib. O, ABŞ-ın eskalasiyada maraqlı olmadığını, amma Rusiyaya qarşı cavab tədbirləri görmək haqqını özündə saxladığını bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya ABŞ-ın sanksiyalarına qarşı cavab tədbirləri görüb. Rusiya sanksiyalarına əsasən, ABŞ-ın 10 diplomatı ölkəni tərk edəcək, ABŞ diplomatlarının yoxlamasız ölkə ərazisində hərəkəti dayandırılacaq, Rusiya siyasətinə müdaxilə edən Amerika fondlarının fəaliyyəti qadağan olunacaq. Bundan başqa Moskva həmçinin ABŞ administrasiyasının 8 məmurunun ölkəyə girişini də qadağan edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az